RU
ABŞ dolları qısamüddətli ucuzlaşmadan sonra yenidən bahalaşıb
19:30
16

ABŞ dolları qısamüddətli ucuzlaşmadan sonra yenidən bahalaşıb

Bu gün səhər hərraclarında qlobal maliyyə bazarında qısa müddətə ucuzlaşmış ABŞ dolları günorta saatlarında yenidən avro və yapon yeni qarşısında bahalaşıb.

İqtisadi.az"Report”-a istinadən xəbər verir ki, USD/EUR nisbəti 1,2207-dən 1,2185-ə düşüb, JPY/USD nisbəti isə 103,75-dən 103,88-ə çatıb.

ABŞ dollarının 6 başlıca ticarət tərəfdaşı olan ölkələrin pul vahidlərinə qarşı məcmu məzənnəsi, yəni dollar indeksi isə 0,05 bənd artaraq 90,14 bəndə yüksəlib.

Ekspertlərin fikrincə, ötən ay ABŞ-da illik inflyasiya 1 faiz bəndi artaraq 1,3 faizə, aylıq inflyasiya isə 0,2 faiz bəndi artaraq 0,4 faizə çatıb. Üstəlik, dövlət istiqrazlarına maraq azalıb, onların illik gəlirliliyi son 10 ayın maksimum həddi olan 1,138 %-dən 1,122 %-ə qədər geriləyib. Bütün bunlar isə dolların məzənnəsinin zəifləməsinə əsas verir.

Mütəxəssislər dolların ən etibarlı aktiv kimi ənənəvi əhəmiyyətini getdikcə itirəcəyini düşünür.

"Dünya iqtisadiyyatının dirçəlməsi ehtimalı qaldıqca dolların ucuzlaşma meylinin də qalacağını hesab edirik”, – "UBS Global Wealth Management”in baş sərmayə direktoru Mark Haefele bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ