RU
Azərbaycanda işsizliyin sәviyyәsi 7%-i aşıb
16:08
42

Azərbaycanda işsizliyin sәviyyәsi 7%-i aşıb

2020-ci il sentyabrın 1-i vәziyyәtinә ilkin mәlumatlara әsasәn iqtisadi fәal әhalinin sayı 5 milyon 238,6 min nәfәr olmuş, onlardan 4 milyon 884,7 min nәfәrini mәşğul әhali tәşkil etmişdir. Ölkədə işsizlik səviyyəsi 7,2% təşkil edib.

 İQTİSADİ.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari il avqustun 1-i vәziyyәtinә muzdla işlәyәnlәrin sayı 1 milyon 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri neft-qaz sektorunda isә 1 milyon 647,1 min nәfәr çalışmışdır.

İşsizliyin sәviyyәsi – işsizlәrin sayının iqtisadi fәal әhalinin sayında faizlә ölçülәn xüsusi çәkisidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ