RU
Azərbaycanda Rusiya rubluna tələbat beşillik minimuma enib
21:00
19

Azərbaycanda Rusiya rubluna tələbat beşillik minimuma enib

Bu ilin yanvar ayında Azərbaycan əhalisi banklardan nağd Rusiya rublunun alışını illik ifadədə 2,3 dəfə azaldaraq 139 milyon 390 min rubla endirib.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, ölkədə yanvar ayında rubla tələbat 2015-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. 2020-ci dekabr ayı ilə müqayisədə nağd rubl alışı 17,7% azalıb.

Bundan əlavə, cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1 milyard 9 milyon rubl təşkil edib ki, bu da aylıq müqayisədə 26,4%, illik ifadədə isə 13% azdır./marja.az

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ