RU
Azərbaycandan buğda ixracına gömrük rüsumunun tətbiq edilməsinə başlanılıb
20:30
27

Azərbaycandan buğda ixracına gömrük rüsumunun tətbiq edilməsinə başlanılıb

Nazirlər Kabineti "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

İqtisadi.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu il mayın 1-nə qədər Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 ABŞ dolları gömrük rüsumu tutulacaq. Rüsum bərk buğda, toxumluq buğda, pərinc və mesilini əhatə edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ