RU
12:22
12

"Azərbaycanın həmişə yanında olduq, olmağa da davam edəcəyik" - Mövlud Çavuşoğlu

"Güclünün yanında yox, məzlumların yanında bir Türkiyə var. Gücümüzü ata yurdumuz Mərkəzi Asiyadan bu günə qədər qoruduğumuz ədalət, mərhəmət kimi ortaq dəyərlərimizdən alırıq”.

İqtisadi.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əhməd Yəsəvi Türk-Qazax universitetində tədris ilinin açılışı mərasimində çıxışı zamanı deyib.

Türkiyə XİN başçısı qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizi təxminən 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilib:

"Ermənistan silahlı qüvvələri işğal altında olmayan Azərbaycan torpaqlarına da hücum edir. Ermənistanın bu hərəkətləri müharibə cinayətidir. Təəssüflər olsun ki, bəzi ölkələr Ermənistanın hücumlarına səssiz qalır. Haqlı ilə haqsızı eyni səviyyədə tuturlar. BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq qərarlarını heçə sayırlar. Türkiyə haqlı mübarizəsində Azərbaycanın hər zaman yanında olub və biz bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik. Qardaş ölkələr olaraq Azərbaycanla həmrəy olmağımız böyük əhəmiyyət daşıyır. Çətin zamanlarda qardaş ölkələr olaraq bir-birimizə dəstək verməliyik. Türkiyə olaraq Azərbaycanın haqlı mübarizəsində həmişə yanında olduq, olmağa da davam edəcəyik”.

Qeyd edək ki, M. Çavuşoğlu tədbirə videokonfrans formatında qatılıb.
 
Son xəbərləri telegram səhifəmizdə öyrənin https://t.me/iqtisadiaz   

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ