RU
Baş nazirdən YENİ QƏRAR - Dəyişiklik edildi
21:41
148

Baş nazirdən YENİ QƏRAR - Dəyişiklik edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarda dəyişiklik edib.

İQTİSADİ.AZ xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. 

Qərara əsasən, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb. Belə ki, ölkədə mövcud olan 5 kommersiya məhkəməsinə 8 xidməti minik avtomobili ayrılıb. 

Yeni qərarla əvvəllər balansında 10 xidməti minik avtomobili olan inzibati-iqtisadi məhkəmələrdə (hazırda inzibati məhkəmələr adlanır) bu say 8-ə endirilib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ