RU
Britaniyada işsizlik beşillik maksimuma çatıb
14:40
24

Britaniyada işsizlik beşillik maksimuma çatıb

2020-ci ilin IV rübündə Böyük Britaniyada işsizlik səviyyəsi 5,1% təşkil edib ki, bu da 2016-cı ilin I rübündən bəri ən yüksək göstəricidir.

İqtisadi.Az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, təkcə yanvar ayında işsiz əhalinin sayı 83 min nəfər artıb. İngiltərə Bankının (Bank of England) proqnozlarına görə, 2021-ci ilin ortalarına yaxın ölkədə işsizlik səviyyəsi 8%-dək artacaq.

Qeyd edək ki, ölkədə işsizlik səviyyəsi hökumətin İşlərin Saxlama Sxemi ("Job Retention Scheme") sayəsində stabil səviyyədə saxlanırdı və bu tədbirlər nəticəsində ötən ilin oktyabrın 1-nə 2,4 mln. iş yeri xilas olunmuşdu.

Sözügedən proqram Britaniya hökumətinin COVID-19 dövründə iqtisadi bərpaya yönələn ən bahalı tədbiridir. Aprelin 30-da başa çatacaq proqramın ölkəyə 70 mlrd. funt sterlinqə (98 mlrd. ABŞ dolları) başa gələcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ