RU
Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin SAYI AÇIQLANIB
22:31
57

Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin SAYI AÇIQLANIB

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda maşın vә avadanlıqların, sair nәqliyyat vasitәlәrinin, avtomobil, qoşqu vә yarımqoşquların istehsalı sahәlәrindә 212,8 milyon manatlıq mәhsul istehsal edilib.

İQTİSADİ.AZ-ın məlumatına görə, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә avtomobil, qoşqu vә yarımqoşquların istehsalı 96,4 faiz, sair nәqliyyat vasitәlәrinin istehsalı isә 63,0 faiz, maşın vә avadanlıqların istehsalı 50,4 faiz artıb.

Yanvar-avqust aylarında 1170 әdәd vә ya ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 326 әdәd az minik avtomobili istehsal olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ