RU
Bu şəxslər sertifikat əldə etməklə daha yüksək vəzifələrdə çalışa bilər - RƏSMİ
11:35
26

Bu şəxslər sertifikat əldə etməklə daha yüksək vəzifələrdə çalışa bilər - RƏSMİ

10 sentyabr 2020-ci ildə inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dəfə dövlət qulluğuna qəbul olmaq üçün imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1143 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir.

İQTİSADİ.AZ-ın məlumatına görə, onlardan 528 nəfər (46.2%) imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 42 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 20 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha  yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla  işə qəbul edilən şəxslərdən isə 185 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib,onlardan 56 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 47 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib,onlardan 22 nəfər uğur qazanıb.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 626 nəfər (44.2%) müvəffəqiyyət əldə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ