RU
BVF Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparacaq
14:40
715

BVF Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparacaq

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə Azərbaycan hökuməti ilə Fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələri ("2021 Article IV Consultation") aprel ayının sonu – may ayının əvvəlində aparacaq.

Bunu "APA-Economics"ə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası səbəbindən məsləhətləşmələr virtual şəkildə aparılacaq.

Qeyd edək ki, BVF-nin nizamnaməsinin IV maddəsi üzrə sonuncu məsləhətləşmələr 2019-cu ilində aparılıb. 2020-ci ildə sözügedən konsultasiya pandemiya səbəbindən baş tutmayıb.

Xatırladaq ki, IV maddəyə Azərbaycan iqtisadiyyatının bütün sahələrində icmalın aparılması və sonradan ölkə hökumətinə təklif və tövsiyələrin verilməsi daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ