RU
DOST Agentliyinin DOST mərkəzlərində ümumilikdə 280 min müraciət cavablandırılıb
17:00
91

DOST Agentliyinin DOST mərkəzlərində ümumilikdə 280 min müraciət cavablandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin DOST mərkəzlərində ümumilikdə 280 min müraciət cavablandırılıb. O cümlədən, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi müddəti ərzində 40 minə qədər elektron müraciət əsasında xidmətlər göstərilib. İqtisadi.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev bildirib.
Fəaliyyəti dövründə DOST mərkəzlərində ümumilikdə 240 mindən çox şəxsə birbaşa xidmətlər göstərilib. Müraciətlərin 180 mini sosial müdafiə, 35 mini məşğulluq, 15 mini əlillik, 9 mini nazirliyin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi, mini isə əmək münasibətləri sahəsinə aid olub.  Yasamal, Səbail, Qaradağ, Şuşa və Zəngilan rayonlarının sakinlərinə xidmət göstərən 1 saylı Bakı DOST Mərkəzinə 165 min, Xəzər və Pirallahı rayonlarını əhatə edən 2 saylı Bakı DOST Mərkəzinə 40 min, Nizami, Sabunçu və Suraxanı rayonlarının sakinlərinə xidmət edən 3 saylı Bakı DOST Mərkəzinə isə 75 min müraciət qeydə alınıb. 
Fəaliyyəti müddətində mərkəzlərdə 121 mindən artıq vətəndaş monitorinqə cəlb olunub. Onlardan 117 mini, başqa sözlə, təxminən 97 faizi xidmətdən razı qaldığını bildirib.
Hazırda karantin dövrü olmasına baxmayaraq DOST Mərkəzlərində əhaliyə bütün növ xidmətlər - "bir pəncərə” prinsipi ilə məşğulluq, əmək münasibətləri, əlillik, sosial müdafiə, sosial sığorta və funksional yardımçı xidmətlər də daxil olmaqla ümumilikdə 132 növ xidmət göstərilir.
 
Gültən Qədirli

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ