RU
Əhalinin gəlirləri ARTIB
15:59
25

Əhalinin gəlirləri ARTIB

2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә 2020-ci ilin yanvar-avqust aylarında әhalinin gәlirlәri nominal ifadәdә 0,1 faiz artıb və 36 milyard 809,4 milyon manat tәşkil edib.

Dövlət Statistika Komitəsindən əldə olunan məlumata əsasən, bu dövrdә ölkәnin istehlak bazarında qiymәtlәrin artımı әhalinin gәlirlәrinin artımını 2,8 faiz bәndi üstәlәyib. Bütün icbari vә könüllü ödәnişlәr edildikdәn sonra әhalinin sәrәncamında 33 milyard 171 milyon manatlıq vәsait qalıb. 

 
Әmәkhaqqı neft-qaz sektorunda 3 509,6 manat, qeyri-neft-qaz sektorunda 654,8 manat tәşkil edib. Dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları isə 628 manat, özәl müәssisәlәrdә isә 827,5 manat olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında ölkә iqtisadiyyatında muzdla çalışan işçilәrin orta aylıq nominal әmәkhaqqı 2019-cu ilin müvafiq dövrünә nisbәtәn 21,7 faiz artıb və 715,4 manat tәşkil edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ