RU
Eldar Əzizov 2 məmurun vəzifəsini dəyişdi
12:02
12

Eldar Əzizov 2 məmurun vəzifəsini dəyişdi

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Seyidov Mirdaməd Mirhüseyn oğlunu vəzifəsindən azad edib.

7news.az-ın məlumatına görə, E.Əzizovun müvafiq əmri ilə, Mirdaməd Seyidov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini təyin olunub.

Bakı meri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Yusif Xəlilovu vəzifəsindən azad edərək, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini təyin edibmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ