RU
Ermənistan Müdafiə Nazirliyi: “Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”
11:31
55

Ermənistan Müdafiə Nazirliyi: “Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”

Ermənistan Müdafiə Nazirliyi təmas xəttindəki son vəziyyətlə bağlı açıqlama yayıb.

Iqtisadi.az Modern.az-a istinadən xəbər verir ki, Nazirliyin rəsmisi Arçrun Ovannisyan hazırda təmas xəttinin bütün istiqamətlərində şiddətli döyüşlərin getdiyini açıqlayıb.

"Bütün istiqamətlər üzrə gərgin döyüşlər gedir”. O, xüsusən şimal və cənub-şərq istiqamətində vəziyyətin gərgin olduğunu əlavə edib.

 

Xatırladaq ki, Ermənistan atəşkəs barədə razılaşmanı pozaraq təmas xəttinin bütün istiqamətlərində mövqelərimizə hücumlar edərək çoxsaylı itkilər verir.
 
Son xəbərləri telegram səhifəmizdə öyrənin https://t.me/iqtisadiaz   

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ