RU
Əziz Əzizov Suraxanını yenidən qurur: ƏHALİNİN QALDIRDIĞI BÜTÜN PROBLEMLƏR ÖZ HƏLLİNİ TAPIR
13:45
245

Əziz Əzizov Suraxanını yenidən qurur: ƏHALİNİN QALDIRDIĞI BÜTÜN PROBLEMLƏR ÖZ HƏLLİNİ TAPIR

Xəbər verdiyimiz kimi ötən ilin noyabr ayında Əziz ƏzizovBakışəhəriSuraxanıRayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Son 6 ayda Suraxanıda hansı yeniliklər həyata keçirilib? Redaksiya olaraq mərhələli şəkildə müxtəlif sahələrdə görülən işləri oxucularımıza təqdim edəcəyik.

7NEWS.az qısa araşdırma edib və məlum olub ki, qısa zaman kəsiyində rayon ərazisində irimiqyaslı işlər həyata keçirilib. İlk növbədə Əziz Əzizov insanları narahat edən problemlərin həllindən başlayıb. Bilirsiniz ki, yol infrastrukturu bu rayon üçün uzun illər ciddi problemə çevrilib. Suraxanı əhalisindən daxil olan şikayətlərin az qala 80 faizi bu istiqamətdə idi. Məhz buna görə Əziz Əzizov ilk addımları arasında yol infrastrukturunun yenilənməsinə xüsusi əhəmiyyət verib. Bu gün də Suraxanı rayonunda təmir-tikinti işləri, o cümlədən yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

Son illərdə qəbul olunmuş müxtəlif proqramlar Bakı şəhərinin və onun qəsəbələrinin sürətlə inkişaf etməsinə, infrastrukturunun yenilənməsinə səbəb olmuşdur. Bu günkü gündə də Bakı ətrafı qəsəbələrdə icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də yol infrastrukturunun yenidən qurulmasıdır.
Suraxanı rayonu ərazisində böyük vüsətlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri xüsusi karantin günlərində də davam etdirilir.

Belə ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi dəmiryol keçidi-qəbiristanlıq istiqamətində yeraltı kommunikasiya xətləri çəkildikdən sonra mərkəzi yolun asfaltlanması və piyada səkilərinin salınması işlərinə başlanılmışdır.

Qeyd edək ki, rayonun bütün qəsəbələrində ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.

 








BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ