RU
Gömrükçülər külli miqdarda siqaret qaçaqmalçılığının qarşısını alıblar
14:00
16

Gömrükçülər külli miqdarda siqaret qaçaqmalçılığının qarşısını alıblar

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 8 fakt üzrə 11 360 ədəd müxtəlif markalı siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə iqtisadi.az-a DGK-dan məlumat verilib.

Məlumata görə, Gürcüstandan gələn "Mercedes Benz", "DAF" və "İveco" markalı yük avtomobilləri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, baxış zamanı yük avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 11 360 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ