RU
İcra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə bağlı yeni şöbə yaradılır - Fərman
11:15
25

İcra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə bağlı yeni şöbə yaradılır - Fərman

Prezident İlham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda aşağıdakı dəyişikliklər edilir:

1.1. "Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.1.1. "Hüquq və kadr məsələləri şöbəsi” bölməsinin altıncı sətri ləğv edilsin və həmin bölmənin onuncu sətrində "7” rəqəmi "6” rəqəmi ilə əvəz edilsin;

1.1.2. "İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi” bölməsinin beşinci sətrində "3” rəqəmi "2” rəqəmi ilə və həmin bölmənin altıncı sətrində "7” rəqəmi "6” rəqəmi ilə əvəz edilsin;

1.1.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

Böyük məsləhətçi

1

2

1.2. "Bakı şəhəri Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.2.1. "Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində "2” rəqəmi "1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.2.2. "İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin dördüncü sətrində "4” rəqəmi "3” rəqəmi ilə və həmin bölmənin beşinci sətrində "6” rəqəmi "5” rəqəmi ilə əvəz edilsin;

1.2.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

Böyük məsləhətçi

1

2

1.3. "Bakı şəhəri Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.3.1. "Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində "2” rəqəmi "1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.3.2. "İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin dördüncü sətrində "4” rəqəmi "3” rəqəmi ilə və həmin bölmənin beşinci sətrində "6” rəqəmi "5” rəqəmi ilə əvəz edilsin;

1.3.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

Böyük məsləhətçi

1

2

1.4. "Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.4.1. "Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində "2” rəqəmi "1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.4.2. "İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində "4” rəqəmi "3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "5” rəqəmi "4” rəqəmi ilə əvəz edilsin;

1.4.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

Böyük məsləhətçi

1

2

1.5. "Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.5.1. "Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində "2” rəqəmi "1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.5.2. "İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində "4” rəqəmi "3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "5” rəqəmi "4” rəqəmi ilə əvəz edilsin;

1.5.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

Böyük məsləhətçi

1

2

1.6. "Şirvan və Mingəçevir şəhərləri icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.6.1. "Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində "2” rəqəmi "1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.6.2. "İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində "4” rəqəmi "3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "5” rəqəmi "4” rəqəmi ilə əvəz edilsin;

1.6.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

Böyük məsləhətçi

1

2

1.7. "Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.7.1. "Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində "2” rəqəmi "1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.7.2. "İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində "4” rəqəmi "3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "5” rəqəmi "4” rəqəmi ilə əvəz edilsin;

1.7.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

Böyük məsləhətçi

1

2

1.8. "Yevlax və Şəki şəhərləri icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.8.1. "Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində "2” rəqəmi "1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.8.2. "İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "4” rəqəmi "3” rəqəmi ilə əvəz edilsin;

1.8.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

Böyük məsləhətçi

1

2

1.9. "Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.9.1. "Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində "2” rəqəmi "1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.9.2. "İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində "3” rəqəmi "2” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində "4” rəqəmi "3” rəqəmi ilə əvəz edilsin;

1.9.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

Böyük məsləhətçi

1

2

1.10. "Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.10.1. "Rəhbərlik” bölməsi üzrə:

1. yeddinci sətirdən sonra aşağıdakı məzmunda yeni səkkizinci sətir əlavə edilsin:

Sektor müdiri — Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilatçısı

1

2. iyirminci sətirdə "13” rəqəmləri "14” rəqəmləri ilə əvəz edilsin;

1.10.2. "Memarlıq və tikinti şöbəsi” bölməsinin dördüncü sətri ləğv edilsin və həmin bölmənin beşinci sətrində "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.11. "Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.11.1. "Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində hər üç halda "2” rəqəmi "1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində hər üç halda "3” rəqəmi "2” rəqəmi ilə əvəz edilsin;

1.11.2. "İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində hər üç halda "4” rəqəmi "3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində hər üç halda "5” rəqəmi "4” rəqəmi ilə əvəz edilsin;

1.11.3. "Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri

1

1

1

Böyük məsləhətçi

1

1

1

2

2

2

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ