RU
Naxçıvanda kreditləşmənin həcmi yanvarda 16% azalıb
12:00
14

Naxçıvanda kreditləşmənin həcmi yanvarda 16% azalıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 11,24 mln. manatdan çox kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 16,1% azdır.

Naxçıvan Dövlət Statistika Komitəsindən 7News.Az-a verilən məlumata görə, verilən kreditlərin 1,14 mln. manatdan çoxu və yaxud 10,2%-i qısamüddətli, 10 mln. manatdan çoxu və yaxud 89,8%-i uzunmüddətli kreditlər olub.

Fevralın 1-nə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 92981-ə çatıb ki, bunun da 80916-sı və ya 87%-i aktiv hesablardır. 2021-ci ilin yanvar ayında açılan 2619 bank hesabının 2618-i aktiv hesablar olub.


Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 fevral 2021-ci il tarixə 1417-yə çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ