RU
16:43
245

"OPEC+" Monitorinq Komitəsinin qeyri-rəsmi məsləhətləşmələrinin tarixi dəyişib

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Monitorinq Komitəsinin qeyri-rəsmi məsləhətləşmələrinin keçirilməsi tarixi dəyişib.

iqtisadi.az-ın məlumatına görə, bu barədə TASS mənbələrinə istinadən xəbər yayıb.

Məlumata görə, məsləhətləşmələr bu gün yox,sabah,noyabrın 29-da keçiriləcək.

 

Qeyd edək ki,30 noyabr – 1 dekabr tarixlərində keçiriləcək "OPEC+" nazirlərinin toplantısından əvvəl komitə üzvlərinin son danışıqları olacaq. Görüş zamanı tərəflər hazırda tətbiq olunan hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin vaxtının uzadılması məsələsini müzakirə edəcək.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələrinazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ