RU
“Saudi Aramco” Asiyadakı bəzi müştərilərinə neft tədarükünü azaltdı
21:30
15

“Saudi Aramco” Asiyadakı bəzi müştərilərinə neft tədarükünü azaltdı

Dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı Asiyada azı üç alıcısı üçün fevral ayı tədarükünü ixtisar edib.

İqtisadi.az-ın məlumatına görə "Report” "Reuters”ə istinadən xəbər verir ki, mötəbər mənbələr Hindistanda bir neft emalı zavoduna tədarük həcmi 20 %-ə yaxın, Asiyanın şimalında yerləşən daha iki neft emalı müəssisəsinə də 10 % azaldıldığını bildirib. "Saudi Aramco” bu məlumatı şərh etməyib.

Xatırladaq ki, yanvarın 5-də OPEC+ görüşü zamanı Səudiyyə Ərəbistanı neft hasilatının ixtisarına dair məlum razılaşma çərçivəsində cari ilin fevral və mart aylarında birtərəfli qaydada gündəlik hasilatı 1 milyon barel azaldacaqlarını açıqlamışdı. Bu qərar dünya neft bazarında qiymətlərin 2020-ci ilin fevral ayından bu yana ən yüksək həddə çatması ilə nəticələndi.

"Refinitiv Eikon”a görə, Səudiyyə Ərəbistanı ötən il gündə 7 milyon barelə yaxın xam neft ixrac edib və bunun 70 %-i də Asiya bazarının payına düşür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ