RU
70-ə yaxın müxtəlif növ taxıl toxumlarının sınaqları aparılır - FOTO
18:20
664

70-ə yaxın müxtəlif növ taxıl toxumlarının sınaqları aparılır - FOTO

Qobustan bölgə təcrübə stansiyasında becərilən yeni taxıl sortları nümayiş olunub, şirkətlər tərəfindən yerli və xarici sortların müqayisəli dəyərləndirilməsi aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən İqtisadi.Az-a verilən məlumata əsasən, fermerlərə dəmyə və suvarılan torpaqlarda becərilməsi məqbul sayılan sortlar barədə məlumat verilib.

 

Ümumilikdə stansiya ərazisində 70-dək müxtəlif yerli və xarici taxıl toxumlarının sınaq əkinləri aparılır. Kənd təsərrüfatı naziri İnam Kərimovun iştirak etdiyi tədbirə ölkənin aparıcı taxıl toxumçuluğu müəssisələrinin rəhbərləri, toxumçu fermerlər qatılıblar.

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ