Apple Pay Azərbaycanda!
09:30
200

Apple Pay Azərbaycanda!

Qlobal ödəniş texnologiyaları şirkəti Visa, Azərbaycan bankları ilə tərəfdaşlıq sayəsində (Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika və Unibank müştərilərinə) Apple Pay texnologiyasını təqdim edir.

Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-nun innovativ texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir və, bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.

Bundan əlavə, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brouzerlərində açılmış saytlarda rahat və sürətli alışveriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və qəliz formaları doldurmağa lüzum qalmır. Apple Pay ilə yemək və ərzaq çatdırılmasını, onlayn alışverişi, biletləri eldə etmək və digər ödənişləri etmək çox rahatdır. Apple Pay həmçinin Apple Watch tətbiqlərindəki ödəmələr etmək üçün istifadə oluna bilər.

Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet ("pul kisəsi”) tətbiqinə daxil olub, + ("üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Visa-nın tərəfdaş bankları olan Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika və Unibank tərəfindən buraxılmış kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ