Aqrar sektorda biznes fəaliyyəti təşviq edilir
15:07
142

Aqrar sektorda biznes fəaliyyəti təşviq edilir

Kənd təsərrüfatı dayanıqlı inkişafın və məşğulluğun təmin edilməsində əhəmiyyətli paya malikdir. "Ağıllı kənd” və "Ağıllı kənd təsərrüfatı” konsepsiyalarının, eləcə də aqrar texnologiyaların sürətlə inkişaf etdiyi bir şəraitdə fermerlər rəqabətə davam gətirmək, inkişaf etmək və bizneslərini saxlamaq üçün bu dəyişikliklərə uyğunlaşmalıdırlar. Burada müasir texnologiyaların və elmi yeniliklərin biznesə inteqrasiyası ilə paralel olaraq, ətraf mühitin qorunması, orqanik məhsulların istehsalı və ümumilikdə, ərzaq təhlükəsizliyinin təmin edilməsi mühüm faktorlardandır. Daha geniş stimulun yaradılması gəncləri kənd təsərrüfatı ilə məşğul olmağa təşviq edə bilər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA), bu barədə Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbirdə çıxışında qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Agentliyin dəstək və xidmətləri barədə məlumat verən KOBİA sədri AMAL layihəsinin iştirakçılarını agentliyin dəstək və xidmətlərindən yararlanmaqla biznes fəaliyyətlərini genişləndirməyə dəvət edib. Qeyd olunub ki, müxtəlif sərgi və yarmarkalarda iştirak, satış bazarlarına çıxış, təlimlər, təcrübə mübadiləsi proqramları, şəbəkələşmə və sair istiqamətlər üzrə aqrar sektorda biznes fəaliyyəti KOBİA tərəfindən təşviq olunur. Agentlik müxtəlif sektorlarda, o cümlədən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara daxili bazar araşdırmasının aparılması, elm, təhsil, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, "Startap” şəhadətnaməsinin verilməsi və digər istiqamətlərdə dəstək və xidmətlər göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ