RU
AZAL Airbus ilə yeni hava gəmilərinin alınmasını müzakirə etdi
15:19
140

AZAL Airbus ilə yeni hava gəmilərinin alınmasını müzakirə etdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov "Airbus Group”un Şərqi və Şimali Avropada satış üzrə regional direktoru Sergey Nedbaylo ilə görüşüb.


Danışıqlar zamanı tərəflər ikitərəfli təşəbbüslər çərçivəsində çoxillik əməkdaşlığı müzakirə ediblər və şirkətlər arasında qarşılıqlı fəaliyyətin uğurlu təcrübəsini vurğulayıblar.


"Azərbaycan Hava Yolları” aviaşirkətinin mövcud təyyarə parkının 2030-cu ilə qədər yenilənməsi barədə ilkin razılıq əldə edilmişdir. Belə ki, müəyyən edilən dövrdə Airbus Group tərəfindən aviaşirkətə mövcud Airbus A319 və Airbus A320 təyyarələri əvəzinəyeni nəsil Airbus A320neo və Airbus A321neo tipli 20-dək təyyarə təchiz edilə bilər.


Tərəflər əvvəlcədən sözügedən müasir hava gəmilərinin alınmasına dair təkliflər hazırlamaq barədə razılığa gəliblər. Bu təkliflər sonradan AZAL-ın Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.


Görüşdə həmçinin mülki aviasiyanın hazırkı vəziyyəti, pandemiyanın təsiri və koronavirus infeksiyasının mülki aviasiya sahəsinə yayılmasının nəticələri barədə fikir mübadiləsi aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəbər lenti