RU
Azərbaycan bu il Türkiyədən Qara dəniz qızılbalığının əsas idxalçılarından olub
15:20
635

Azərbaycan bu il Türkiyədən Qara dəniz qızılbalığının əsas idxalçılarından olub

Bu ilin yanvar-may aylarında Türkiyə 39 ölkəyə dəyəri 113,5 mln. ABŞ dolları dəyərində 22,7 min tondan çox Qara dəniz qızılbalığı ixrac edib.

Bu barədə "Anadolu" agentliyi Türkiyənin Şərqi Qara Dəniz Bölgəsi İxracatçılar Birliyinə istinadən xəbər verir.

Məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə Türkiyədən Qara dəniz qızılbalığı ixracının həcmi 128%, dəyəri isə 116% artıb.

Məhsul əsasən Rusiya, Almaniya və Vyetnama tədarük edilib. Belə ki, yanvar-mayda Rusiyaya 68,3 mln. dollar dəyərində 14 min ton, Almaniyaya 26,6 mln. dollar dəyərində, Vyetnama isə dəyəri 5 mln. dollara yaxın Qara dəniz qızılbalığı ixrac edilib.

Ötən ilin ilk beş ayından fərqli olaraq, bu ilin yanvar-mayında Qara dəniz qızılbalığı İspaniya, Belarus, Azərbaycan (Naxçıvan), Əlcəzair, İordaniya və İsveçə ixrac edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ