RU
Azərbaycan məhsulları “Whisky Live Warsaw” festivalında nümayiş etdirilib
09:45
24

Azərbaycan məhsulları “Whisky Live Warsaw” festivalında nümayiş etdirilib

Azərbaycan şirkətləri 3-cü dəfə Polşanın paytaxtı Varşavada keçirilən "Whisky Live Warsaw” festivalında iştirak edib.

İqtisadi.az-a bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə şirkətlərin istehsal etdiyi spirtli içkilər festivalda "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

Festivala Polşa, Slovakiya, ABŞ, Hindistan, Şotlandiya, İngiltərə, İrlandiya, Yaponiya, Meksika və digər ölkələrdən 50-dək istehsalçı şirkət qatılıb.

"Whisky Live Warsaw” festivalında "Made in Azerbaijan" stendi böyük maraqla qarşılanıb. Stenddə Azərbaycanın nardan hazırlanmış şərabları, müxtəlif növ meyvə araqları, brendiləri, viskiləri, konyakları nümayiş etdirilib.

Festival çərçivəsində Polşa və digər Avropa ölkələrində spirtli içkilərin satışı ilə məşğul ticarət şəbəkələri ilə Azərbaycan məhsullarının satışına dair danışıqlar aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ