RU
Azərbaycan neft emalını azaldıb
15:20
2021

Azərbaycan neft emalını azaldıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1,4 mln. ton neft emal edilib.

Azərbaycan Energetika Nazirliyindən İqtisadi.Az-a verilən məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 93 min ton və ya 6,2% az olub.

Qeyd edək ki, Azərbaycanda neftin emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ