Azərbaycan və BƏƏ arasında Biznes şurası yaradılacaq- FOTO
14:05
159

Azərbaycan və BƏƏ arasında Biznes şurası yaradılacaq- FOTO

Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında hökumətlərarası komissiyanın iclası keçirilib.

Nazir qeyd edib ki, Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya tərəfdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün səmərəli platformadır:

"Komissiyanın 8-ci iclasında investisiya, ticarət, "yaşıl”enerji, kəndtəsərrüfatı, qida təhlükəsizliyi, KOB, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.

Həmkarım Abdulla Bin Touq Al Marri ilə Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə HökumətlərarasıKomissiya-nın iclasının yekunlarına dair Protokol imzaladıq".

Sənədə əsasən, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin intensivləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək, işgüzar münasibətlərin, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes şurası və işçi qruplar yaradılacaq.






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ