RU
Azərbaycanda iqtisadi artım - 3,6%-ə Çatıb
13:58
10

Azərbaycanda iqtisadi artım - 3,6%-ə Çatıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi artım 3,6%-ə çatıb, o cümlədən qeyri-neft sektorunda 5,5%-dən çox artım qeydə alınıb.


İqtisadi.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, iqtisadi artıma təsir edən mühüm amillərdən biri özəl müəssisələr üzrə əsas kapitala yönəldilən investisiyalardır.

"Biz ilin ilk yeddi ayında özəl investisiyalarda 1,7% səviyyəsində artım qeydə almışıq. Ölkənin ixracı 31%, o cümlədən qeyri-neft ixracı 37% artaraq 1,6 mlrd. dollara çatıb. Digər makrofiskal, makroiqtisadi göstəricilər kifayət qədər nikbindir və bir sıra proqnozu üstələyir", - deyə nazir qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda iqtisadi artım tempi 2,7% təşkil edib. (Apa)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ