RU
Azərbaycanda karbamid istehsalı artacaq - Dünya Bankı
17:00
4519

Azərbaycanda karbamid istehsalı artacaq - Dünya Bankı

Növbəti bir neçə il ərzində Azərbaycan, Bruney, Hindistan, İran, Nigeriya, Rusiya və Özbəkistanda yeni karbamid istehsalı müəssisələri istismara verilərək istehsalın həcmi əhəmiyyətli dərəcədə artacaq.

İqtisadi.Az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankının xammallar üzrə yenilənmiş proqnozunda deyilir.

Qeyd edilir ki, təkcə 2021-ci ilin I rübündə karbamidin qiyməti təxminən 30% artıb və artımın əsas drayverləri kimi, artan gəlirlilik, pandemiya səbəbi ilə əvvəlki məhdudlaşdırmalar və daha yüksək istehsal xərcləri göstərilir.

Dünya Bankının hesablamalarına əsasən, bu il karbamidin qiyməti 31% artsa da, 2022-ci ildə 8% enəcək.

Qeyd edək ki, Sumqayıtda inşa edilən karbamid zavodu 16 yanvar 2019-cu il tarixində istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək qabiliyyətindədir. İstehsal həcminin təqribən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 mln. dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. Karbamid zavodunun ümumi dəyəri təqribən 800 mln. avro təşkil edir.

Xatırladaq ki, bu il ölkədə 550 min ton karbamid istehsal ediləcəyi gözlənilir. 2022-2023-cü illərdə bu göstəricinin 640 min ton səviyyəsində olacağı ehtimal olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ