RU
Azərbaycanda problemli kreditlərin payının ən yüksək olduğu region və şəhər açıqlanıb
15:20
3160

Azərbaycanda problemli kreditlərin payının ən yüksək olduğu region və şəhər açıqlanıb

Bu ilin aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 918,2 mln. manat təşkil edib ki, bu da ümumi portfelin 6,2%-nə bərabər olub.

İqtisadi.Az-ın Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, regionlarda ümumi kredit qoyuluşlarının 3,5%-i problemli kreditlərin payına düşüb. Aprelin 1-nə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payının ən yüksək olduğu region Abşeron iqtisadi rayonu olub (6,9%). Portfelin ən sağlam olduğu region isə Şəki-Zaqatala iqtisadi rayonudur (2%).

Bundan əlavə, regionlarda yerləşən ayrıca şəhərlərə nəzər yetirdikdə, problemli kreditlərin ümumi kredit qoyuluşuna olan nisbətinin ən yüksək səviyyəsi Gədəbəy şəhərində müşahidə olunur (15,9%). Problemli kreditlərin nisbətən ən az olduğu şəhər isə Sədərəkdir (0,6%).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ