RU
Azərbaycanda ötən ay əczaçılıq məhsullarına çəkilən xərclər AÇIQLANIB
21:00
649

Azərbaycanda ötən ay əczaçılıq məhsullarına çəkilən xərclər AÇIQLANIB

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 353,9 mln. manat xərclənib.

Dövlət Statistika Komitəsindən Valyuta.az-a bildirilib ki, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 34,4% artıb. 

Cari ilin may ayında satışların həcmi 70,2 mln. manat təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 3,9% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub, bu da aylıq müqayisədə 0,1 faiz bəndi azdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ