RU
Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı yeni sənədin təsdiqi gözlənilir
12:47
32

Azərbaycanda sosial-iqtisadi inkişafla bağlı yeni sənədin təsdiqi gözlənilir

Azərbaycanda milli prioritetlərə uyğun olaraq 2021-2025-ci illərdə sosial iqtisadi inkişaf strategiyası layihəsinin hazırlanması başa çatdırılıb.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa" mövzusunda təşkil olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, yaxın günlərdə bu sənəd ölkənin iqtisadi şurasında ilkin müzakirəsi nəzərdə tutulur.

"Layihənin müzakirələr nəticəsində təkmilləşdirilərək, yaxın müddət ərzində təsdiq olunacağı gözlənilir. Strategiyanın ölkə iqtisadiyyatında dörd başlıca istiqamət üzrə böyük dəyişikliklərə səbəb olacağını gözləyirik. Belə ki, dövlət şirkətlərinin gəlirliyinin artırılması, rəqabətli və şəffaf fəaliyyətinin təmin edilməsi, dövlət vəsaitlərinin səmərəli xərclənməsi, dövlətin borc dayanıqlığının yüksəldilməsi və digər tədbirlər nəticəsində iqtisadiyyatın dövlət sektoru transformasiya olunacaq, iqtisadi idarəetmə təkmilləşdiriləcək", - deyə M. Cabbarov qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ