RU
Azərbaycanın cari əməliyyatlar hesabı profisitə qayıdıb
15:40
860

Azərbaycanın cari əməliyyatlar hesabı profisitə qayıdıb

İlkin qiymətləndirmələrə görə, 2021-ci ilin I rübündə Azərbaycanın cari əməliyyatlar hesabında ÜDM-nin 5,6%-i həcmində profisit yaranıb.

İqtisadi.Az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

AMB-yə görə, yaranmış meyllər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir və bu da öz növbəsində manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.

Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. ABŞ dolları və ya ÜDM-nin 0,5%-ni təşkil edib (2019-cu ildə 4,4 mlrd. dollarlıq profisit yaranmışdı).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ