RU
Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşların sayı artırılır
17:00
421

Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşların sayı artırılır

"Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı istiqaməti üzrə müntəzəm reyslərin sayını artırır.

İqtisadi.Az Report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb.

İyunun 23-dən etibarən loukoster uçuşları hər gün, iyulun 20-dən isə yay mövsümünün sonuna qədər həftədə 14 reys yerinə yetirəcək. Reyslər gündə iki dəfə Embraer 190 və Airbus 319/Airbus 320 təyyarələri ilə həyata keçiriləcək.

Agentlik bu gün "Buta Airways”ə reyslərin yerinə yetirilməsi üçün müvafiq icazə təqdim edib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi – "Buta Airways” Gürcüstanın aviasiya bazarına 2017-ci ildə daxil olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ