RU
Bakıda “Davamlılıq Forumu” keçirilir
10:14
62

Bakıda “Davamlılıq Forumu” keçirilir

Bu gün Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə "Davamlılıq Forumu 2021” tədbiri keçirilir.

İqtisadi.az "Report” a istina olmaqla xəbər verir ki, forum Azərbaycanda su infrastrukturunun davamlı inkişafına həsr edilib.

Tədbir Azərbaycan və Almaniyanın biznes dairələri üçün xüsusi imkanlar yaradır, o cümlədən panel müzakirələri, əsas çıxışlar, seminarlar və fərdi B2B görüşləri vasitəsilə dövlət-özəl sektor dialoqu imkanları təqdim edir.

Forum Almaniya şirkətlərinin nümayəndələrinin "Azərbaycanda Dayanıqlı Su və Tullantı Sularının İdarə Edilməsi” mövzusunda olan 4 günlük işgüzar səfərinin bir hissəsidir. Bu layihəni Almaniyanın Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyi maliyyələşdirir.

"Davamlılıq Forumu 2021”dən sonra Azərbaycan şirkətləri alman mütəxəssislərinin moderatorluğu ilə kənd təsərrüfatı və sənaye sahələrində ixtisaslaşmış seminarlarda iştirak etmək imkanı əldə edəcəklər. Tədbirin əsas məqsədi yaşıl texnologiyalar sahəsində ən yaxşı təcrübə mübadiləsi üçün platforma yaratmaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəbər lenti