Bərpa olunan enerji mənbələri üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub - Pərviz Şahbazov
14:10
146

Bərpa olunan enerji mənbələri üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub - Pərviz Şahbazov

Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialının istifadəsi üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub.

Bunu energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ölkələrinin enerji investisiya forumunda deyib.

Pərviz Şahbazov bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində "yaşıl enerji" zonaları yaradılır, xarici şirkətlərlə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı razılıqlar əldə olunub.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə "yaşıl zonalar"ın yaradılması təşəbbüsü "yaşıl" texnologiyaların, səmərəli və "ağıllı” sistemlərin tətbiqini nəzərdə tutur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ