RU
Cenevrədə Bayden - Putin görüşünə görə sakinlərə işə çıxmamaq tövsiyə olunub
21:40
898

Cenevrədə Bayden - Putin görüşünə görə sakinlərə işə çıxmamaq tövsiyə olunub

Cenevrə şəhər hakimiyyəti sakinlərə iyunun 16-da, ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüş günündə işə çıxmamağı tövsiyə edib.

Bu barədə yerli "The Local” nəşri məlumat yayıb.

 

Həmçinin sakinlərdən ofislərə gəlməyərək evdən işləmək və səfərlərdən çəkinərək mümkün qədər öz evlərini tərk etməmək xahiş olunub.

Artıq mühüm görüş günündə şəhərin bağlı olacaq hissəsinin xəritəsi də nəşr edilib.

Qeyd edək ki, ABŞ - Rusiya sammiti La-Qranj parkında baş tutacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ