RU
Dövlət Gömrük Komitəsinin sədri Türkiyədə səfərdədir
11:27
32

Dövlət Gömrük Komitəsinin sədri Türkiyədə səfərdədir

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.


Oktyabrın 7-də İzmir şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev və Türkiyə Respublikası Ticarət nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Rıza Tuna Turaqay arasında görüş keçirilib.

R.T.Turaqay Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib, bu əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirib. İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən Türkiyəli nazir iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin perspektivlərindən bəhs edib.


O, Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.


S.Mehdiyev Azərbaycan və Türkiyənin tarixi ənənələrə söykənən strateji tərəfdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, iki ölkənin dövlət başçılarının apardığı məqsədyönlü siyasətin bütün sahələrdə əlaqələrin güclənməsində mühüm rol oynadığını bildirib. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə dəstəyə görə Türkiyə dövlətinə və xalqına minnətdarlığını bildirən DGK sədri Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığınin ən yüksək zirvədə olduğunu vurğulayıb. O, bu əməkdaşlığın sadəcə iki ölkənin xalqlarının deyil, eyni zamanda, region ölkələrinin rifahının yüksəldilməsində, sülhün bərpasında mühüm rol oynadığını diqqətə çatdırıb, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hər bir sahədə olduğu kimi, iqtisadiyyatda da əldə olunan nailiyyətlər, o cümlədən gömrük xidmətində tətbiq edilən yeniliklər barədə məlumat verib.


Bundan başqa, S.Mehdiyev məzunu olduğu Türkiyənin Ege Universitetinin rektoru Prof Necdet Budakla görüşüb. Bu görüşdə də Azərbaycan və Türkiyə arasında bütün sahələr üzrə inkişaf edən əlaqələrdən söhbət açılıb, eləcə də DGK-nın Akademiyası ilə Ege Universiteti arasında əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparılıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Xəbər lenti