“ƏDV geri al” üzrə faizlərin dəyişdirilməsi ilə bağlı
15:04
166

“ƏDV geri al” üzrə faizlərin dəyişdirilməsi ilə bağlı

"Əlavə dəyər vergisini (ƏDV) geri al sistemi üzrə faizlərin dəyişdirilməsi məsələsi müzakirə edilir”.

 

 Öz açıqlamasında Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

O bildirib ki, ümumilikdə bu məsələlər müzakirə olunur və təkmilləşdirmələr yenə də aparılacaq:

"Hər bir addım real həyatdan irəli gəlinərək atılır. Bəzi məhsullar var, onların ƏDV-sinin geriyə qaytarılması o qədər də önəmli deyil. Yəni əhalinin sosial təbəqəsinə, ümumi təbəqəyə bunun aidiyyəti yoxdur. Amma biri indi "Bentley” markalı avtomobil gətirirsə, sabah təyyarə alıb gətirəcəksə, onun ƏDV-sinin qaytarılması sual doğurur. Ona görə də bunlar təbii suallardı və təkimlləşmələr yəqin ki, gedəcək. Amma daha çox təkmilləşmə ondan ibarətdir ki, əhalimiz, xüsusilə nisbətən daha aşağı əməkhaqqı alan insanlar bundan daha çox yararlansınlar. Yəni varlılar deyil, bu sistemdən orta və kasıb təbəqə istifadə etsin”.

Qeyd edək ki, nağdsız ödənişlər üzrə ƏDV məbləğinin 15 faizi, nağd ödənişlər üzrə 10 faizi qaytarılır.

(REPORT)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ