RU
Gəmi kimi batan tender: 471 min manat hara xərclənib?
19:08
3390

Gəmi kimi batan tender: 471 min manat hara xərclənib?

"Gəmiqaya-S" MMC-nin əsl sahibi kimdir?
 
Aprelin 15-də Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayarkən 01.01.2019-cu il tarixindən 01.01.2020-ci il tarixinədək dövrü əhatə etməklə 2 milyon manata qədər büdcədən yayınma halları aşkar edib. Lakin Hesablama Palatasının Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində apardığı audit nədənsə göstərilən tarixlərdə İdarənin "təmir işləri" üzrə xərclədiyi vəsaitlərinə geniş yer verilməyib.
 
"Remont" adı ilə talanan büdcə

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi şübhəli dövlət satınalmalarına ən çox "imza" atan müəssisələrdən biridir. 
 
Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi təmir, tikinti işləri yanaşı, ən çox həyata keçirdiyi satınalmalar sırasında yer alan predmetlərdən biri də texniki avadanlıqların təmiri işləri dayanır. 

Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bu sahə üzrə 2018-ci ildən indiyədək "Gəmiqaya-S" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə indiyədək beş satınalma həyata keçirib. İdarə ilə MMC arasında texniki avadanlıqların təmiri üzrə bağlanan satınalma müqaviləsinin ümumi dəyəri 471.893 manat təşkil edib. 
 
471 min manat nəyə xərclənib?

 
İdarənin sifarişçi olduğu satınalmalarda bu illər ərzində niyə yalnız "Gəmiqaya-S" MMC-nin qalib elan edildiyi sualını kənara qoyaraq əsas diqqəti görülən işlərin (əslində kağız üzərində görülən) mahiyyətinə yönəldək. 
 
İdarənin yuxarıda qeyd edilən lotlar üzrə sifarişçi olduğu satınalmaların tək birində görüləcək işlərin detalları barədə məlumatlar yer alır. Belə ki, İdarə ilə MMC arasında ötən il bağlanan 210.464 manatlıq tender müqaviləsində 15 ədəd qızartma şkafının, 6 ədəd ətçəkən maşının, 9 ədəd paltaryuyan maşının, 5 ədəd kondisionerin, 20 ədəd soyuducunun, 152 ədəd elektrik peçinin və 25 ədəd elektrik peçi şüşələrinin (?) təmiri nəzərdə tutulub. 
 
Müqavilədə təmirinə ehtiyac duyulan avadanlıqların təmirinin bazarda olan bugünkü real qiymətlərdən dəfələrlə baha göstərildiyi məlumdur. Halbuki İdarə bu təmir işlərini digər dövlət maliyyəli qurumlar kimi birbaşa fiziki şəxslərlə və yaxud konkret sahə üzrə ixtisaslaşmış şirkətlərlə bağlaya bilərdi. Burada şübhəli məqamları artıran səbəblərdən biri də sözügedən lot üzrə sifariş olunan tenderlərin hamısının bu illər ərzində eyni şirkət tərəfindən udulmasıdır. 
 
"Gəmiqaya-S" MMC-nin fəaliyyətinin hansı yöndə olması, sahib olduğu lisenziyalar barədə heç bir məlumat yoxdur. 

20 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Hüseynova Nigardır. // Qlobal.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ