Hibrid avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir
12:26
141

Hibrid avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir

Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin satışı da ƏDV-dən azad edilir.

Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyədək elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ƏDV-dən azad idi. Bundan sonra elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad edilir.

Bundan başqa, layihədə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Trend

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ