RU
İqtisadiyyat naziri Avropa bankı ilə yeni investisiya layihələrini müzakirə etdi
13:27
16

İqtisadiyyat naziri Avropa bankı ilə yeni investisiya layihələrini müzakirə etdi

İşğaldan azad olunmuş ərazilərin potensialının reallaşdırılmasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirakı müzakirə edilib. 
 

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

Nazir qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilən layihələr ölkəmizdə qabaqcıl təcrübənin tətbiqi, iqtisadi şaxələndirmənin təşviqi baxımından əhəmiyyətlidir:

"AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenlə Gəncə "YaşılŞəhər Proqramı”nın icrasını və digər şəhərlərimizdə tətbiqi imkanlarını, yeni investisiya layihələrini, azad olunmuş ərazilərimizin potensialının reallaşdırılmasında Bankın iştirakını müzakirə etdik".


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ