İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb - FOTO
12:28
115

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

Nazir ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, Türkiyənin ölkəmizə daimi siyasi və mənəvi dəstəyini vurğulayıb.

O, bldirib ki, bu il iyunun 15-də iki ölkənin dövlət başçılarının "Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalaması əməkdaşlığımızın genişləndirilməsi üçün yeni imkanlar açır.

Səfir ölkəsinin Azərbaycanla strateji müttəfiqliyini, Türkiyə şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin dirçəldilməsində fəal iştirakını qeyd edib, qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Görüşdə iqtisadi-ticarət tərəfdaşlığının inkişafı istiqamətləri, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində əməkdaşlıq, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ