RU
Kərim Vəliyev Hulusi Akarla görüşdü - YENİLƏNİB + FOTO
16:35
15

Kərim Vəliyev Hulusi Akarla görüşdü - YENİLƏNİB + FOTO

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

13:34

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.

12:38

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunun Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərlə görüşüb.

Hazırda Türkiyədə səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Fəxri Qarovulun önündən keçib.

Daha sonra Türkiyə və Azərbaycanın Baş Qərargah rəisləri arasında təkbətək görüş keçirilib.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ