Kosovo Avropa Şurasına üzvlük üçün müraciət edib
11:30
10

Kosovo Avropa Şurasına üzvlük üçün müraciət edib

7NEWS.az xəbər verir ki, Kosovonun xarici işlər və diaspor naziri Donika Gervalla sosial media hesabından paylaşdığı videomüraciətdə Kosovo Respublikası adından Avropa Şurasına üzvlük ərizəsi təqdim etdiklərini açıqlayıb.
Bu gündən etibarən ölkəsi üçün Şurada yeni səhifənin açıldığını vurğulayan Gervalla, "Bu gün Avropa Şurası Parlament Assambleyasının və nəhayət Şuranın müxtəlif mərhələlərindən keçəcək sorğumuzun araşdırılması prosedura başlayır", - deyə bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ