RU
Kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb
17:20
2994

Kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb

Nazir İnam Kərimov Bərdə və Ağcabədidə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
 

2021-ci il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesi başa çatıb. Bu il 40 rayondan olan 6 minə yaxın kümçüyə əvəzsiz olaraq 14700 qutu ipəkqurdu toxumu (qrena) paylanıb.  

Bu barədə İqtisadi.Az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, ilk dəfə olaraq Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.  

Bərdə baramaqurutma müəssisəsində hibrid ipəkqurdu toxumlarının son partiyası kümçülərə paylanıb. Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, rayon rəhbərliyi, 6 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər. Qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama "Azəripək” MMC tərəfindən 4 manata təhvil alınır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.

Tədbir iştirakçıları Bərdə rayonundakı kümxanalarda ipəkqurdunun bəslənmə şəraiti ilə də tanış olublar.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ