Neft qiymətləri yüksəlib
10:03
183

Neft qiymətləri yüksəlib

Brent nefti 3,6% bahalaşaraq 78,88 dollardan ABŞ xam nefti isə 3,8% bahalaşaraq 75,84 dollardan ticarət olunub (Bakı vaxtı ilə saat 07:55-ə olan məlumat).

Koronavirusun Omicron variantının qlobal tələbata yalnız məhdud təsir göstərəcəyinə dair gözləntilər nəticəsində qiymətlər yüksəlib və son bir ayın ən yüksək səviyyəsinə yaxın qiymətlər ilə ticarət aparılıb.

Böyük Britaniyanın səhiyyə naziri Sajid Cavid bazar ertəsi günü bildirib ki, Krallıq 2021-ci ilin sonuna qədər heç bir yeni COVID-19 məhdudiyyəti tətbiq etməyəcək, çünki hökumət səhiyyə xidmətinin yüksək infeksiya nisbətlərinin öhdəsindən gələ biləcəyini gözləyir.

Bununla birlikdə, bazar günü ABŞ aviaşirkətləri tərəfindən 1300-dən çox uçuş ləğv edilib, çünki COVID-19 mövcud ekipajların sayını azaldıb.

Vyanada İranın nüvə proqramı üzrə danışıqların səkkizinci raundu başlayıb. Tehranla danışıqlarda hər hansı irəliləyişin olmaması da neft qiymətlərini dəstəkləyir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Vyana görüşü ərəfəsində Tehranın barışmaz mövqeyini bir daha təsdiqləyərək, Donald Tramp administrasiyasının 2018-ci ildə tətbiq etdiyi neft embarqosunun dərhal və tam ləğvini tələb edib.

Neft İxrac Edən Ölkələr Təşkilatı və müttəfiqlərinin (OPEC+) yanvarın 4-də iclası keçiriləcək. Bu toplantıda da alyans fevral ayında gündəlik hasilatı 400 000 barel artırmağı planlaşdırır. Son iclasında OPEC+ Omicron-a baxmayaraq, yanvar ayında da hasilatı 400 000 barel artırmaq planına sadiq qaldı.

MARJA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ