RU
Pandemiyadan ən çox zərər çəkən ölkələr açıqlandı
21:40
47

Pandemiyadan ən çox zərər çəkən ölkələr açıqlandı

"Moody's Investors Service" ("Moody's") şirkəti COVID-19 pandemiyası səbəbindən ən çox zərər görən iqtisadiyyatları açıqlayıb.

Pandemiyadan sonra bərpa tempi milli iqtisadiyyatın quruluşundan, əmtəə və əmək bazarlarının pandemiya şokunun təsirlərinə uyğunlaşma qabiliyyətindən, hökumətlərin siyasətinin keyfiyyətindən və ölkələrdə kütləvi vaksinasiya səviyyəsindən asılı olacaq.

Agentliyin analitikləri ölkələri onların ÜDM-i üzrə "Moody's"in 2020-2023-cü illər üçün pandemiyadan əvvəl və sonra verdiyi proqnozlardan asılı olaraq üç qrupa bölüblər. Ən az təsirlənən iqtisadiyyatlar proqnozlaşdırılan ÜDM-nin böhrandan əvvəlki səviyyədən 2%-dən aşağı olacaq ölkələr göstərilir. Bu ölkələr sırasına əsasən inkişaf etmiş iqtisadiyyatlar daxildir: ABŞ, Qərbi Avropa ölkələri və Çin. ABŞ-da vaksinasiyanın sürətlə davam etməsi və nəhəng fiskal stimullaşdırıcı paketlər bərpa prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.

Orta dərəcədə təsirlənən ölkələrdə isə proqnozlaşdırılan ÜDM pandemiyadan əvvəlki göstəricidən 2-8% azdır. Bura Rusiya, Meksika, Braziliya və Avstraliya kimi ölkələr daxildir.

Ən çox təsirlənən iqtisadiyyatlarda isə proqnozlaşdırılan ÜDM-in pandemiyadan əvvəlki göstəricidən 8% və bundan daha az olacaq. Bu ölkələr arasında Şri-Lanka, Surinam, Laos, Hindistan, Tunis, Peru yer alıb./apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ