RU
Qlobal konteyner böhranı Çindən malların daşınma xərclərini artıracaq
19:40
828

Qlobal konteyner böhranı Çindən malların daşınma xərclərini artıracaq

Konteyner çatışmazlığı böhranı Çindən malların daşınma xərclərini artıracaq.

Yaranan böhranla bağlı Beynəlxalq Daşıyıcılar Birliyinin Strateji və İnkişaf şöbəsinin müdiri Fatih Şener "Anadolu" agentliyinə açıqlamasında bildirib ki, bununlıa əlaqədar olaraq, bir sıra ölkənin yükdaşıma marşrutlarını daha sərfəli logistika imkanları təklif edən Türkiyənin xeyrinə dəyişdirəcəkləri gözlənilir.


Onun sözlərinə görə, Çindən malların tədarükü son vaxtlar ya ləngiyir, ya da ümumiyyətlə həyata keçirilmir.

"Avropa bazarındakı istehsalçılar üçün Çindən yarımfabrikatların gec çatdırılması istehsal xərclərini artırır. Gecikmələr istehsala mane olur. Bu məsələdə də Türkiyənin üstünlüyü var. Belə ki, əvvəl Çindən yarımfabrikatlar alan ölkələr indi Türkiyəyə üz tuturlar. Qlobal böhran səbəbindən mal tədarükündə çətinliklər yaşayan Qərb dünyası indi Türkiyəyə üz tutmağa məcburdur. Bu proses artıq başlayıb", - deyə F. Şener qeyd edib.

Xatırladaq ki, pandemiyası fonunda bir çox limanda gecikmələr baş verib və bu, boş konteynerlərin tədarükü ilə bağlı problemlərə səbəb olub. Konteyner daşımalarının qiymətləri kəskin dərəcədə artdı. Asiyadan Avropaya konteynerlərin daşınması ilin əvvəlindən 2 min ABŞ dollarından 10 min dollara yüksəlib. Logistika xərclərinin artması beynəlxalq ticarətdə də problemlər yaradıb, bundan ən çox ziyanı Çindən mal idxal edən Avropa çəkib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ